"Real Madrid" futbolçusunu 60 milyon avroya satmağa hazırdır

“Real”ın hücumçusu Endrik karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, braziliyalı forvardın xidmətində “Nyukasl” və “Everton” maraqlıdır. Bundan başqa, “Roma”, “Milan” və “Fənərbaxça” da onu heyətinə qatmaq istəyən klublar sırasındadır.

“Real” isə qış transfer pəncərəsində Endriki 60 milyon avroya satmağa hazırdır. 20 yaşlı hücumçu cari mövsümdə İspaniya La Liqasında 4 oyunda meydana çıxıb.