Kunde İngiltərəyə köçə bilər

“Barselona”nın müdafiəçisi Jül Kunde karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

“Çelsi” 28 yaşlı futbolçunun xidmətində maraqlıdır. “Zadəganlar” Kundeni Malo Qustonun mümkün əvəzləyicisi kimi nəzərdən keçirir. “Barselona” isə yanvarda heyətini gücləndirmək üçün vəsait əldə etmək məqsədilə futbolçunu satmağa hazırdır. Kunde də “Çelsi”yə keçidə müsbət yanaşır. 

Fransalı müdafiəçi “Barselona”ya transfer olunmazdan əvvəl London təmsilçisinə keçməyə çox yaxın olub. O, cari mövsümdə bütün turnirlərdə 8 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun komandası UEFA Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.