“Barselona” futbolçusu üçün 100 milyon avroluq təklif alıb
“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes İngiltərə Premyer Liqasının bir neçə klubunun maraq dairəsindədir.
Sportline.az xəbər verir ki, Kataloniya klubu 23 yaşlı futbolçu ilə bağlı Premyer Liqanın dörd təmsilçisindən transfer təklifi alıb. Oyunçu ilə ən ciddi şəkildə “Mançester Yunayted” və “Çelsi” maraqlanır.
Daha əvvəl “Çelsi” Lopes üçün 70 milyon avro təklif etsə də, bu məbləğ “Barselona”nı qane etməyib. Hazırda isə kluba 100 milyon avroya çatan təkliflər daxil olub.
Fermin Lopesin “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir. Onun müqaviləsində 500 milyon avroluq sərbəstqalma bəndi də var.
“Barselona” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıda “Sabah”ın qonağı olacaq.