Yan Diomande Mbappeni üstələyir

“Real”ın yeni transferi Yan Diomande komandada qola çevrilən zərbələrin faizinə görə ən yaxşı göstəriciyə malik futbolçudur.  

Sportline.az xəbər verir ki, o, bu göstəricidə komandanın bombardiri Kilian Mbappeni də geridə qoyub.

Diomande bu yay Almaniyanın “Leyptsiq” klubundan 125 milyon avroya “Real”a transfer olunub. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2033-cü ilin iyununa qədərdir. 20 yaşlı futbolçu bu mövsüm La Liqada 12 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.