Rays yeni müqavilə arzusundadır

“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays klubla müqaviləsinin müddətinin uzadılması ehtimalı barədə danışıb.

Sportline.az xəbər verir ki, ingilis futbolçu “topçular”la yeni müqavilə imzalamağa ümid etdiyini bildirib:

“Karyeram ərzində sabit səviyyədə çıxış etmək baxımından çox şanslı olmuşam. Mən qarşısına iddialı məqsədlər qoyan və həmişə daha çoxuna can atan insanam. Ümid edirəm ki, müqavilənin müddətinin uzadılmasına çox az qalıb. Belə bir klubda oynamaqdan çox məmnunam. Baş məşqçinin mənə böyük inamı var. Komanda yoldaşlarım isə həm mənim, həm də bir-birləri üçün mübarizə aparmağa hazırdırlar. Belə məsələlər barədə narahat olmamaq əladır. Bu, futbol oynamağı xeyli asanlaşdırır”.

Rays 2023-cü ilin yayında “Vest Hem”dən “Arsenal”a keçib. Onun London klubu ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

“Arsenal” “Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində rəqiblərindən biridir və komandalar arasında görüş 27 yanvarda, İngiltərədə olacaq.