Arda Güler üçün 200 milyon avro

"Paris Sen-Jermen" "Real Madrid"in ulduzu Arda Güler üçün 200 milyon avro ödəməyə hazırdır.

Sportline.az xəbər verir ki, bu haqda "Ajansspor" məlumat yayıb.

21 yaşlı oyunçu hazırda "Real"da illik 6.2 milyon avro maaş alır. PSJ-nin türkiyəli yarımmüdafiəçiyə illik 22 milyon avro maaş ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, Arda Güler bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 14 matçda 4 qol, 7 asistlə yadda qalıb.