"Qarabağ" Gəncədə belə qarşılanacaq

Misli Premyer Liqasının 12-ci turunun "Kəpəz" - "Qarabağ" görüşü böyük maraqla gözlənilir.

Sportline.az Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oyuna biletlərin ilk satış günündə rekord göstərici qeydə alınıb.

Stadionun kassalarında və iticket.az saytında 1 sutka ərzində 8400 bilet satılıb. Bu, 15363 tamaşaçı tutumuna malik stadionda yerlərin təxminən 55 faizi deməkdir.

Xatırladaq ki, cari mövsüm "Kəpəz"in ev oyunlarında ən çox azarkeş sayı sentyabrın 4-də "Şamaxı" ilə görüşdə olub. Həmin matçı stadiondan 15000 tamaşaçı izləyib.

Qeyd edək ki, noybrın 22-də Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Qarabağ" matçı saat 17:00-da başlanacaq.