"Liverpul" Arauxonu transfer edəcək
"Liverpul" Ronald Arauxonu birdəfəlik transfer etmək istəyir.
Sportline.az xəbər verir ki, uruqvaylı oyunçu hazırda Mersisayd klubunda icarə əsasında çıxış edir.
"Marca" nəşrinin yaydığı məlumata görə, 27 yaşlı stopperin transfer qiyməti 47 milyon avrodur.
Qeyd edək ki, R.Arauxo bu mövsüm "Liverpul"un heyətində meydana çıxdığı 15 matçda 2 qol, 1 asistlə yadda qalıb.