“Arsenal” PSJ-nin gənc müdafiəçisini istəyir
Arsenal” PSJ-nin gənc futbolçusu David Bolini transfer etməkdə maraqlıdır.
Sportline.az xəbər verir ki, Paris klubu 17 yaşlı müdafiəçi ilə ilk peşəkar müqaviləni imzalamağa çalışır. Lakin London təmsilçisinin də futbolçunun vəziyyətini yaxından izlədiyi bildirilir.
PSJ akademiyasının perspektivli yetirmələrindən sayılan Boliyə marağın artması klub rəhbərliyini hərəkətə keçirib.
Parislilər gənc oyunçunu komandada saxlamaq niyyətindədir. Bununla belə, “Arsenal”ın marağının transfer danışıqlarına çevrilib-çevrilməyəcəyi hələ məlum deyil.