“Qalatasaray” növbəti ev oyununu öz meydanında keçirməyəcək
Türkiyənin “Qalatasaray” klubu Super Liqadakı növbəti ev oyununu başqa stadionda keçirəcək.
Sportline.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.
“Sarı-qırmızılar” doğma arenaları olan “Rams Park”ın ot örtüyündə görülən işlərlə əlaqədar 12-ci turda “Samsunspor”u “Başakşəhər Fatih Terim Stadionu”nda qəbul edəcək.
Xatırladaq ki, noyabrın 21-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.