"Yuventus"un yeni hədəfi
Yuventus” “Atletiko”nun hücumçusu Aleksandr Sörlotu transfer etmək niyyətindədir.
Sportline.az xəbər verir ki, Turin klubu norveçli forvardın transferi ilə bağlı plan hazırlayır.
“Yuventus” rəhbərliyi hücum xəttində alternativləri artırmaq və komandaya daha bir təcrübəli qolçu cəlb etmək istəyir.
Sörlot fiziki gücü və hava toplarında effektivliyi ilə seçilir. Turin təmsilçisinin bu transfer üçün hansı maliyyə şərtlərini təklif edəcəyi hələ açıqlanmayıb. Norveçli futbolçunun Madrid klubu ilə müqaviləsi davam edir.