Bruno Fernandeşi transfer etmək istəyir

"Milan” “Mançester Yunayted”in kapitanı Bruno Fernandeşlə maraqlanır. 

Sportline.az xəbər verir ki, İtaliya təmsilçisi portuqaliyalı futbolçunu gələcək transfer hədəflərindən biri kimi nəzərdən keçirir. “Milan”ın baş məşqçisi Ruben Amorim də ölkə həmyerlilərinin komandaya cəlb olunmasında maraqlıdır.

Bildirilir ki, “rossoneri” Bruno Fernandeşlə yanaşı, “Sportinq”in müdafiəçisi Qonsalo İnasio ilə də maraqlanır. Bu transferlərin reallaşması üçün tərəflərin maliyyə məsələlərində razılığa gəlməsi vacibdir. 

Hələlik Milan klubunun konkret təklif göndərdiyi barədə məlumat yoxdur.