“Barselona” 2 futbolçusu ilə yeni müqavilə bağlayacaq

“Sabah”ın UEFA Çempionlar Liqasında rəqibi olan “Barselona” iki futbolçusu ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Sportline.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubu Mark Bernal və Brayan Farinasla müqavilələrin müddətinin uzadılması barədə tam razılığa gəlib. Hər iki futbolçu ilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq sözləşmə imzalanacaq. Rəsmi açıqlamanın gələn həftə veriləcəyi gözlənilir.

“Barselona” bundan sonra müdafiəçisi Jerar Martinlə də müqavilənin müddətini uzatmaq üçün danışıqlara başlayacaq.

Hans-Diter Flikin rəhbərlik etdiyi komanda İspaniya La Liqasında 12 turdan sonra 33 xalla turnir cədvəlinə başçılıq edir.