“Liverpul”, “Çelsi” və “Arsenal”ın hədəfindəki futbolçu

“Bornmut”un yarımmüdafiəçisi Aleks Skott İngiltərə Premyer Liqasının bir sıra aparıcı klublarının diqqət mərkəzindədir.

Sportline.az xəbər verir ki, “Liverpul”, “Çelsi” və “Arsenal” 23 yaşlı futbolçu ilə maraqlanır. İngiltərəli oyunçuya marağın artması isə qarşıdakı aylarda klublar arasında mübarizənin daha da gərginləşəcəyini göstərir.

Skott bu mövsüm bütün turnirlərdə 6 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “Bornmut”la müqaviləsinin müddəti 2028-ci ilə qədər qüvvədədir.