“Mançester Siti” Halandın qiymətini müəyyənləşdirib

“Mançester Siti”nin hücumçusu Erlinq Halandı yay transfer pəncərəsində hansı məbləğ qarşılığında satmağa hazır olduğu məlum olub.

Sportline.az “El Nacional”-a istinadən xəbər verir ki, “şəhərlilər” maliyyə qalmaqalı fonunda gələcəyinin qeyri-müəyyən olması səbəbindən Halandın mümkün ayrılığı ilə barışıb.

İngiltərə klubu yayda norveçli hücumçunun transferi ilə maraqlanan klublardan 175 milyon avro tələb edəcək. Hazırda “Real”, “Barselona”, PSJ və “Liverpul” 26 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Haland cari mövsümdə bütün turnirlərdə 14 matça çıxıb və eyni sayda qol vurub. Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2034-cü ilin yayına qədərdir.