Lanq keçmiş klubuna qayıda bilər
“Sabah”ın UEFA Çempionlar Liqasında rəqibi olan “Napoli”nin yarımmüdafiəçisi Noa Lanqın gələcəyi sual altındadır. Niderlandlı futbolçunun klubla münasibətlərinin pisləşməsi onun komandadan ayrılacağı ilə bağlı iddiaları artırıb.
Sportline.az "Calcionapoli1926.it”-ə istinadən xəbər verir ki, “Napoli”də böyük ümidlər bəslənilən futbolçu gözlənilən səviyyəyə yüksələ və sabit oyun nümayiş etdirə bilməyib. Bu vəziyyət onun gələcək karyerası ilə bağlı müxtəlif ehtimalları gündəmə gətirib. Belə ki, 26 yaşlı futbolçunun Niderlanda qayıdaraq “Ayaks”da çıxış etməsi variantı müzakirə olunur.
Noa Lanq 2018-2021-ci illərdə “Ayaks”ın formasını geyinib. Amsterdam təmsilçisi həmin dövrdə, xüsusilə, 2019-cu ildə Çempionlar Liqasının finalına vəsiqə qazanmağa çox yaxın olmaqla Avropada böyük səs-küy yaratmışdı.