“Hazırda qışda ayrılmaq variantını nəzərdən keçirmirəm"

“Qalatasaray”ın yarımmüdafiəçisi İlkay Gündoğan Türkiyə klubundakı gələcəyi ilə bağlı danışıb.

Sportline.az xəbər verir ki, 36 yaşlı futbolçu “Sky Sport”-a açıqlamasında qış transfer dönəmində komandadan ayrılmağı düşünmədiyini bildirib:

“Hazırda qışda ayrılmaq variantını nəzərdən keçirmirəm. “Qalatasaray”la daha bir neçə kubok qazanmaq istəyirəm. Bir şeyi dəqiq deyə bilərəm: gələn mövsüm də oynamağa davam etmək niyyətindəyəm. Hazırda əla formadayam. Mənə şans veriləndə hazır olacam. Qalan məsələlər isə məndən asılı deyil”.

Almaniyalı yarımmüdafiəçi 2025-ci ildə “Qalatasaray”a qoşulub. O, cari mövsümdə cəmi 5 oyunda meydana çıxıb və ümumilikdə 74 dəqiqə oynayıb.

Gündoğanın İstanbul klubu ilə müqaviləsinin müddəti gələn ilin yayına qədərdir.