“Real” icazə vermir
"Real” hücumçu Endrikin qış transfer pəncərəsində icarəyə göndərilməsinə qarşıdır.
Sportline.az xəbər verir ki, braziliyalı futbolçu bu mövsüm kifayət qədər oyun şansı qazanmasa da, Madrid təmsilçisi onun komandada qalmasını istəyir.
“Football Transfers”in “Football Insider”ə istinadən yaydığı xəbərə görə, “Arsenal”, “Milan” və “Roma” 20 yaşlı hücumçunun vəziyyətini izləyir.
Lakin Joze Mourinyonun futbolçuya mövsümün ikinci yarısında daha böyük rol verməyi planlaşdırdığı bildirilir.