"Qarabağ"ın Türkiyə planı
"Qarabağ" futbol komandasının qış təlim-məşq toplanışının tarixi və yeri məlum olub.
Sportline.az xəbər verir ki, Ağdam təmsilçisinin hazırlıq prosesi yanvarın 11-dən 20-dək Türkiyədə təşkil olunacaq.
Toplanış Antalyanın Belek qəsəbəsində baş tutacaq.
Komandanın yoldaşlıq oyunlarındakı rəqibləri daha sonra açıqlanacaq.
Qeyd edək ki, "Qarabağ" hazırda Misli Premyer Liqasında 10 oyundan sonra 19 xalla dördüncü pillədə qərarlaşıb.