Milli komanda FİFA reytinqində irəlilədi
Milli komanda FIFA reytinqində üç pillə irəliləyib.
Sportline.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda hazırda 1145.18 xalla 124-cü pillədə qərarlaşıb.
Azərbaycan seçməsi UEFA Millətlər Liqasında Lixtenşteyni (1:0), beynəlxalq yoldaşlıq matçında isə Andorranı (3:1) məğlub edib.
Xatırladaq ki, FIFA reytinqinin ilk sırasında İspaniya (2004.48) seçməsi qərarlaşıb.
Argentina millisi (1966.13) ikinci, Fransa komandası (1950.82) üçüncüdür.