“Liverpul” mübarizəyə qoşulub
“Lans”ın müdafiəçisi İsmaelo Qaniu “Liverpul”un maraq dairəsindədir.
Sportline.az "Football Insider”-ə istinadən xəbər verir ki, İngiltərə klubu Fransa çempionatındakı inamlı çıxışı ilə diqqət çəkən 21 yaşlı futbolçunun transferi uğrunda mübarizəyə qoşulub.
Ötən yay Premyer Liqanın digər təmsilçisi “Kristal Pelas” da Qaniunu heyətinə qatmağa çalışıb. Ancaq London klubu bu istəyinə çata bilməyib. Müdafiəçi həmin vaxt “Kristal Pelas”a rəhbərlik edən, daha əvvəl isə “Lans”da çalışmış Pyer Sajla münasibətlərinə görə Londona köçməkdən imtina edib.
Qaniu ilə daha əvvəl “Tottenhem”, “Çelsi”, “Mançester Siti” və digər klubların da maraqlandığı bildirilirdi.
Fransalı futbolçu bu mövsüm bütün turnirlərdə 8 matçda iştirak edib və 1 qol vurub. “Transfermarkt” portalı onun bazar dəyərini 30 milyon avro qiymətləndirir.