“Mançester Yunayted”dən transfer planı

Mançester Yunayted” “Yuventus”un yarımmüdafiəçisi Ueston Makkennini transfer etmək istəyir.

Sportline.az xəbər verir ki, Mançester təmsilçisinin baş məşqçisi Maurisio Poçettino amerikalı futbolçunu komandasında görmək istəyir.

Makkenni bu yaxınlarda Turin klubu ilə yeni müqavilə imzalayıb. 

Buna baxmayaraq, “Mançester Yunayted”in yanvar ayında onun transferi üçün addım ata biləcəyi bildirilir.