Seneqallı hücumçu “Liverpul”a keçə bilər
“Kristal Pelas”ın hücumçusu İsmaila Sarr karyerasını “Liverpul”da davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
Seneqallı futbolçu yeni müqavilə ilə bağlı danışıqların nəticəsiz qalmasından sonra klubdan ayrılmaq variantını nəzərdən keçirməyə hazırdır. “Qartallar” onu komandada saxlamaq istəsə də, yaydan bəri tərəflər arasında danışıqlarda ciddi irəliləyiş olmayıb.
28 yaşlı Sarr bu mövsüm bütün turnirlərdə 5 oyunda meydana çıxıb. Onun “Kristal Pelas”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 45 milyon avro qiymətləndirir.