"Atalanta"da yeni müqavilə qeydə alınıb

"Atalanta"da yeni müqavilə qeydə alınıb.

Sportline.az xəbər verir ki, komanda müdafiəçi Lorenso Bernaskoni ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 23 yaşlı oyunçu ilə 2031-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Bernaskoni bu mövsüm "Atalanta"nın heyətində 13 rəsmi matçda iştirak edib.