“Napoli”də qalacaq

“Sabah”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Napoli”nin yarımmüdafiəçisi Andre Zambo Anqissanın gələcəyi ilə bağlı transfer şayiələrinə aydınlıq gətirilib.

Sportline.az xəbər verir ki, kamerunlu futbolçunun yanvar ayında komandanı tərk edərək keçmiş klubu “Marsel”ə qayıda biləcəyi iddia olunurdu.

Vəziyyət İtaliya mediasında təqdim olunduğu kimi deyil. Fransa mediasının əldə etdiyi məlumatlara əsasən, Anqissa hazırda bütün diqqətini “Napoli”dəki hədəflərinə yönəldib və mövsümün ortasında klubu tərk etmək niyyətində deyil.

”Napoli” 20 yanvarda, Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində Bakıda “Sabah”ın qonağı olacaq.