"Milan"a şad xəbər

“Milan”ın qapıçısı Mayk Menyanın səhhəti ilə bağlı müsbət xəbərlər var.

Sportline.az xəbər verir ki, Fransa millisinin qapıçısı Türkiyə yığması ilə oyunun (2:1) ilk hissəsinin sonunda bud nahiyəsindəki narahatlığa görə meydanı vaxtından əvvəl tərk edib.

Bu gün keçirilən tibbi müayinələr futbolçunun qasıq sümüyü və budun yaxınlaşdırıcı əzələlərində hansısa zədənin olmadığını üzə çıxarıb. Beləliklə, Menyan İtaliya çempionatının 12-ci turunda “Frozinone” ilə qarşılaşmada iştirak etməyə hazırdır.

Fransalı qolkiper 2021-ci ildən “Milan”ın formasını geyinir.