"Çelsi" "Arsenal"a 60 milyon avro ödəməyə hazırdır

"Çelsi" "Arsenal"ın futbolçusu Martin Zubimendini heyətinə qatmaqda israrlıdır.

Sportline.az xəbər verir ki, "zadəganlar" bu keçid üçün qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdır.

Bu haqda "Diario As" nəşri məlumat yayıb.

Qeyd edək ki, M.Zubimendinin "Arsenal"la sözləşməsi 2030-cu ilin iyun ayına qədərdir.