“Liverpul” 50 milyon avroluq futbolçunu izləyir

“Liverpul” “Aston Villa”nın yarımmüdafiəçisi Bubakar Kamara ilə maraqlanır.

Sportline.az xəbər verir ki, Mersisayd təmsilçisi fransalı futbolçunun çıxışını yaxından izləyir. 

“Liverpul” 26 yaşlı yarımmüdafiəçini orta xətti gücləndirmək üçün mümkün transfer variantlarından biri kimi nəzərdən keçirir.

Kamara 2022-ci ilin iyulundan “Aston Villa”da çıxış edir. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin iyununun sonuna qədərdir. “Transfermarkt” portalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.