Xankəndidə ilk çempionat oyunu keçiriləcək
Futbol üzrə Azərbaycan I Liqasında VIII tur start götürür.
Sportline.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma olacaq.
MOİK öz meydanında "Səbail"i, "Mingəçevir" "Baku Sportinq"i qəbul edəcək.
Günün ən maraqla gözlənilən matçı Xankəndi stadionunda təşkil olunacaq. Şəhərin eyniadlı komandası doğma meydanda ilk oyununu "Karvan-Yevlax"a qarşı keçirəcək. Bu, Xankəndi stadionunda yenidənqurmadan sonra keçirilən ilk oyun olacaq.
I Liqa
VIII tur
19 noyabr (cümə axşamı)
MOİK – “Səbail”
Hakimlər: Namiq Bəkirov, Safalı Ağayev, Məmmədəli Kərimov, Alik Yunusov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Binə qəsəbə stadionu, 14:00
“Mingəçevir” – “Baku Sportinq”
Hakimlər: Ceyhun Hüseynov, Mirnihad Seyidov, Aydın Baxşiyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:30
“Xankəndi” – “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Sənan Atayev, Vüqar Bayramov, Nazim Abdullayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Xankəndi şəhər stadionu, 16:00