“Arsenal”ın müdafiəçisi “İnter”ə keçə bilər
“Sabah”ın UEFA Çempionlar Liqasında rəqibi olan “Arsenal”ın müdafiəçisi Kristian Moskeranın karyerasını İtaliya çempionatında davam etdirmək variantı var.
Sportline.az xəbər verir ki, 22 yaşlı futbolçunun xidmətində “İnter” maraqlıdır.
Milan təmsilçisi ispaniyalı müdafiəçini uzunmüddətli perspektiv üçün uyğun namizəd hesab edir. Moskeranın adı həmçinin, “Fənərbaxça”, “Əl-Hilal” və “Əl-Nəsr” klubları ilə də hallanır.
Moskera 2025-ci ilin yayında “Arsenal”a qoşulub. Onun London klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin iyununun sonuna qədərdir. Müdafiəçinin transfer dəyəri 40 milyon avro qiymətləndirilir.