“Barselona” qərarını açıqladı

"Barselona” Alehandro Baldenin transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportline.az xəbər verir ki, klubun idman direktoru Dekonun sözlərinə görə, Kataloniya təmsilçisi futbolçunu satmaq üçün hər hansı plan hazırlamayıb. Baldenin klubda narazı olduğu və ayrılmaq istədiyi barədə yayılan məlumatların da həqiqəti əks etdirmədiyi bildirilib.

İspaniya mətbuatında müdafiəçi ilə “Liverpul” və “Mançester Yunayted”in maraqlandığı yazılır. Lakin “Barselona” hazırda futbolçunu komandada saxlamağa üstünlük verir.