Baldeni yanvarda sata bilər
"Barselona” müdafiəçisi Alexandro Balde ilə yollarını ayıra bilər.
Sportline.az xəbər verir ki, futbolçunun agenti Jorje Mendeşin onun gələcəyi ilə bağlı Kataloniya klubunda danışıqlar apardığını bildirib. Məlumata görə, 22 yaşlı müdafiəçinin yanvar transfer pəncərəsində komandadan ayrılması real ehtimala çevrilib.
“Barselona” yayda onun satışına 50-55 milyon avro qiymət qoyub.
Futbolçu ilə İngiltərə, İtaliya və Fransa klublarının maraqlandığı bildirilir.