Tanınmış futbolçu karyerasını bitirdi
İspaniya millisinin sabiq yarımmüdafiəçisi Xuan Mata 38 yaşında peşəkar karyerasını başa vurub.
Sportline.az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Onun son klubu 2025/2026 mövsümündə çıxış etdiyi “Melburn” (Avstraliya) olub. O, 2026-cı ilin sentyabrında komandadan ayrılıb.
Mata “Çelsi”nin heyətində 2012-ci ildə UEFA Çempionlar Liqasının, 2013-cü ildə isə UEFA Avropa Liqasının qalibi olub. Həmçinin, 2017-ci ildə “Mançester Yunayted”in tərkibində UEFA Avropa Liqasını qazanıb. O, “Valensiya” (İspaniya), “Qalatasaray” (Türkiyə), “Vissel Kobe” (Yaponiya) və “Vestern Sidney Uonderers” (Avstraliya) klublarında da oynayıb.
Mata İspaniya millisi ilə birlikdə 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionatının qalibi olub. Yarımmüdafiəçi milli komandada 41 matç keçirib və 10 qol vurub.