“Çelsi”nin əsas hədəfi
“Çelsi” “Bornmut”un yarımmüdafiəçisi Aleks Skottu transfer etmək istəyir.
Sportline.az xəbər verir ki, 23 yaşlı ingiltərəli futbolçu London klubunun qış transfer pəncərəsi üçün əsas hədəflərindən biridir. “Çelsi”nin baş məşqçisi Xabi Alonso yarımmüdafiə xəttini onunla gücləndirməyi planlaşdırır.
Skottun “Bornmut”la müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir. O, bu mövsüm İngiltərə çempionatında 5 oyuna çıxıb və 1 qol vurub.