İngiltərədə yeni rekordçu

Arsenal”ın gənc futbolçusu Maks Dauuman İngiltərə U-21 millisində yeni rekorda imza atıb.

Sportline.az xəbər verir ki, 16 yaşlı yarımmüdafiəçi Fransa ilə görüşdə fərqlənərək komandanın tarixində qol vuran ən gənc futbolçu olub. 

O, bu göstəricidə Cud Bellingemi geridə qoyub. Dauumanın qol vurduğu vaxt 16 yaş 320 günü olub.