Türkiyə klubunun radarındadır

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes Avropanın iki klubunun maraq dairəsinə düşüb.

Sportline.az xəbər verir ki, 32 yaşlı futbolçunu heyətinə qatmaq istəyən klublar “Milan” və “Qalatasaray”dır. Hər iki klub onu gələn yay azad agent kimi transfer etməyə hazırdır.

Fernandesin “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2026/27 mövsümünün sonunda başa çatacaq. O, 2020-ci ildən “qırmızı şeytanlar”da çıxış edir. 

Portuqaliyalı yarımmüdafiəçi cari mövsümdə Premyer Liqada 9 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə verib.