“Real”dan ayrılmasına qarşıdır

“Real”ın hücumçusu Endrik klubda qala bilər.

Sportline.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

“Real”ın baş məşqçisi Joze Mourinyo bir neçə klubun marağına baxmayaraq, 20 yaşlı futbolçunu komandada saxlamaq niyyətindədir. Portuqaliyalı mütəxəssis Endrikin daha çox oyun praktikasına ehtiyacı olduğunu başa düşür, ancaq onun üçün ən yaxşı variantın “Real”da qalmaq olduğunu fikirləşir. 

Mourinyonun fikrincə, braziliyalı hücumçu məhz Madrid klubunda daha yaxşı inkişaf edə bilər. Həmçinin, baş məşqçi ilə futbolçu arasında münasibətlərin çox yaxşı olduğu vurğulanır.

Endrik bu mövsüm bütün turnirlərdə 7 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.