Maktominey "Milan" yolunda

"Napoli"nin futbolçusu Skott Maktominey karyerası "Milan"da davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Quotidiano Nazionale" nəşri məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçinin dəyəri 40 milyon avrodur.

Qeyd edək ki, S.Maktomineyin "Napoli" ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.