Poçettino Osimheni komandasında görmək istəyir

“Mançester Yunayted” “Qalatasaray”ın hücumçusu Viktor Osimhenlə maraqlanır.

Sportline.az xəbər verir ki, İngiltərə klubunun yeni baş məşqçisi Maurisio Poçettino nigeriyalı futbolçunu heyətində görmək istəyir. Lakin hücumçunun transfer dəyəri və maaş tələbləri onun qış transfer pəncərəsində “Mançester Yunayted”ə keçidini çətinləşdirir. Buna baxmayaraq, Poçettino onu transfer etmək istəyindən vaz keçməyib və klubun gələcəkdə bu məsələyə yenidən qayıda biləcəyi bildirilib.

Argentinalı mütəxəssis daha əvvəl “Çelsi”də çalışarkən də Osimheni transfer etməyə cəhd göstərib, lakin razılıq əldə olunmayıb.