“Valensiya” ingiltərəli hücumçu üçün danışığa başlayıb

“Aston Villa”nın hücumçusu Temmi Abraham karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, ingiltərəli futbolçunun xidmətində “Valensiya” maraqlıdır. “Yarasalar” mümkün transferlə bağlı artıq ilkin danışıqlara başlayıblar.

Abrahamın “Aston Villa” ilə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir. Onun bazar dəyəri 18 milyon avro qiymətləndirilir.

29 yaşlı hücumçu 2026/27 mövsümündə 11 oyunda meydana çıxıb və 3 qol vurub.