Valverde yeni müqaviləyə imza atıb
“Real”ın yarımmüdafiəçisi Federiko Valverde klubu ilə yeni müqavilə imzalayıb.
Sportline.az xəbər verir ki, bu barədə “Diario AS” nəşri məlumat yayıb.
Uruqvaylı futbolçunun “kral klubu” ilə yeni anlaşmasının müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Yeni şərtlərə əsasən, Valverde komandanın ən yüksək məvacib alan futbolçularından birinə çevriləcək. “Real”ın yaxın zamanda sözləşmə ilə bağlı yenilikləri rəsmən açıqlayacağı gözlənilir.
28 yaşlı yarımmüdafiəçi 2018-ci ilin yayından Madrid təmsilçisində çıxış edir. Onun əvvəlki müqaviləsinin müddəti 2028/29 mövsümünün sonunda başa çatmalı idi. Futbolçunun bazar dəyəri 90 milyon avrodur.