Kovaciç “Mançester Siti”dən ayrılmağa hazırlaşır

Mateo Kovaciç mövsümün sonunda “Mançester Siti”dən ayrılacaq.

Sportline.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçinin 2027-ci ilin yayında klubla müqaviləsinin başa çatacağını və komandadan ayrılmasının gözlənildiyini bildirib.

32 yaşlı futbolçu karyerasını İspaniya və ya İtaliyada davam etdirmək istəyir. Kovaciç daha əvvəl “Real” və “İnter”də çıxış edib.

Onun “Mançester Siti”də son dönəmdə oyun imkanlarının azalması da ayrılıq ehtimalını artırır.