"Avropada rəqabət aparmaq istəyirdik”

Antonio Konte 2021-ci ildə “İnter”dən ayrılmasının səbəblərini açıqlayıb.

Sportline.az xəbər verir ki, italiyalı məşqçi Milan klubunda çempionluq qazandıqdan sonra rəhbərliklə görüşdə heyətdəki istənilən futbolçunun satıla biləcəyinin bildirildiyini deyib. 

Konte “İnter”ə Juventusun dominantlığını bitirmək və Avropada rəqabətədavamlı komanda yaratmaq məqsədilə gəldiyini vurğulayıb.

“Biz çempion olmuşduq və görüşdə mənə yayda praktiki olaraq istənilən futbolçunun satıla biləcəyi bildirildi. Razılaşmamız fərqli idi. Güclü, uzunmüddətli struktur qurmaq və Avropada rəqabət aparmaq istəyirdik”, – o bildirib.