“İnter” qapıçısından narazıdır

“İnter” qapıçı mövqeyini gücləndirmək üçün axtarışlara başlayıb. Milan təmsilçisi Xosep Martinesin çıxışından narazıdır.

Sportline.az “Tuttosport”-a istinadən xəbər verir ki, Milan təmsilçisinin diqqət mərkəzində iki tanınmış qolkiper var. Bunlar “Liverpul”un braziliyalı qapıçısı Alisson Bekker və hazırda “Mançester Siti”də çıxış edən italiyalı Canluici Donnarummadır.

“Mançester Siti” çoxsaylı maliyyə pozuntularına görə Premyer Liqadan kənarlaşdırılarsa, “İnter” italiyalı qapıçı üçün rəsmi təklif göndərə bilər.

28 yaşlı Xosep Martines bu mövsüm İtaliya çempionatında 9 oyuna çıxıb. İspaniyalı qolkiper bu matçlarda 12 qol buraxıb, 3 oyunda isə qapısını toxunulmaz saxlayıb.