"Milan"ın Van Dayk planı
“Milan” “Liverpul”un müdafiəçisi Vircil Van Daykı heyətinə qatmaq üçün hərəkətə keçməyə hazırlaşır.
Sportline.az xəbər verir ki, “qırmızı-qaralar” yay transfer dövründə niderlandlı futbolçu ilə müdafiə xəttini gücləndirmək niyyətindədir.
Milan təmsilçisi artıq Van Daykın nümayəndələri ilə əlaqə saxlayıb. Ancaq müdafiəçinin özü “Enfild”də qalmaq istəyir və “Liverpul”la yeni müqavilə barədə danışıqlar aparır.
35 yaşlı futbolçu 2018-ci ildən “Liverpul”da çıxış edir. Tərəflər arasındakı müqavilənin müddəti 2027-ci il iyunun sonunda başa çatacaq. “Transfermarkt” portalı onun dəyərini 15 milyon avro qiymətləndirir.