Valverde ilə yeni müqavilə bağlanacaq
“Real” rəhbərliyi yarımmüdafiəçi Federiko Valverde ilə yeni müqavilə üzrə danışıqlarda son mərhələyə çatıb.
Sportline.az xəbər verir ki, tərəflər əməkdaşlığın vaxtını 2031-ci ilə qədər uzatmaq barədə razılığa gəlməyə yaxındır. Yeni müqavilə uruqvaylı futbolçunun maaşının artırılmasını da nəzərdə tutur.
Valverdenin “Real” ilə hazırkı sözləşməsinin vaxtı 2029-cu ilin yayına qədər qüvvədədir.
29 yaşlı yarımmüdafiəçi bu mövsüm La Liqada 12 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.