PSJ Vitinyaya yeni müqavilə təklif edib

PSJ yarımmüdafiəçisi Vitinya ilə müqavilənin müddətini uzatmağı planlaşdırır.

Sportline.az xəbər verir ki, Paris klubu portuqaliyalı futbolçuya vaxtı 2031-ci ilə qədər qüvvədə olacaq yeni müqavilə təklif edib. Müqavilədə sözləşmənin müddətinin daha bir mövsüm uzadılması imkanı da nəzərdə tutulub.

Vitinya 2022-ci ilin yayından PSJ-də çıxış edir. 26 yaşlı yarımmüdafiəçi 2026/2027 mövsümündə Paris klubunun heyətində 15 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.