"Liverpul" MakAllisterlə bağlı qərar verib

"Liverpul" argentinalı futbolçusu Aleksis MakAllisterlə bağlı qərar verib.

Sportline.az xəbər verir ki, Mersisayd təmsilçisi 27 yaşlı oyunçu ilə yeni müqavilə imzalaycaq.

Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

Qeyd edək ki, A.MakAllisterin klubla hazırki sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.