"Arsenal" - "Borussiya Dortmund": Heyətlərdəki son durum

UEFA Çempionlar Liqasının liqa mərhələsində 5-ci tura start verilir.

Sportline.az xəbər verir ki, gecənin mərkəzi qarşılaşmasında "Arsenal" "Emireyts"də "Borussiya Dortmund"la üz-üzə gələcək.

London klubunda Martin Zubimendi və Bukayo Saka meydana çıxa bilməyəcək.

Almaniya təmsilçisində itkilərin sayı daha çoxdur. Samuele İnasio, Karney Çukvuemeka, Castin Lerma, Yiannis Kontantelias və Emre Can zədəlidir. 

Qeyd edək ki, "Arsenal" - "Borussiya Dortmund" qarşılaşması bu gün Bakı vaxtı ilə gecə saat 12-də başlanacaq.