"Real Madrid" PSV-ni qəbul edəcək

UEFA Çempionlar Liqasının liqa mərhələsində 5-ci tura bu gün start verilir.

Sportline.az xəbər verir ki, turnirin 15 qat qalibi "Real Madrid" "Santiaqo Bernabeu"da PSV ilə üz-üzə gələcək. 

Heyətlərə nəzər saldıqda "los blankos"da Raul Asensio, Ferland Mendi və Rodriqo zədəlidir.

Niderland təmsilçisində isə Sami Ouasissa, Adamo Naqalo, Alassane Plea və Jerdi Skouten baş məşqçi Peter Boşun sərəncamında olmayacaq.

Qeyd edək ki, "Real Madrid" - PSV görüşü bu gün Bakı vaxtı ilə gecə saat 12-də başlanacaq.